Образец перевода: Отрывок из беседы со знаменитым актёром Александром Абдуловым.

1) Вопрос журналиста:
- Александр Гаврилович, такое ощушение, что вы своим видом постоянно показываете: у меня всё хорошо. Это, наверное трудно?
- Нелегко,конечно. Но меня с детства приучили не перекладывать проблемы на чужие плечи. Никого мои трудности не должны волновать. Упаси Господь, чтобы меня считали несчастным, обиженным. Ненавижу, когда меня жалеют, я от этого начинаю просто звереть. Взрослый мужик, руки-ноги целы. Я должен всё в жизни делать сам. Я выбрал такую профессию, что у меня должно быть всё хорошо. Приходит зритель в зал. Предположим, я играю комедию. А у меня случилось несчастье в семье. Но зритель купил билет, и он не должен знать, что мне плохо. И надо выходить на сцену и играть так, чтобы зал смеялся. Все должны думать, как у него всё здорово, какой он замечательный. Девочки должны вздыхать, мальчики завидовать. Если я буду говорить, что мне плохо, они меня через месяц возненавидят.
2) Вопрос журналиста:
- Вы уверенный в себе человек или Вам свойственно сомневаться?
- Я сомневаюсь в куче всего, но об этом никто не должен знать.Я делюсь только радостью. Быть с кем-то в горе – самое простое: “ Такая потеря ” и т.д. Вот порадоваться вместе, когда у тебя всё хоршо – другое дело. За свою жизнь я проверил это несколько раз. Ещё в тридцать три года придумал тост: “Дай Господь, чтобы все хорошие слова мне говорили в спину”. Понимаете? Не в лицо. В лицо все говорить умеют, а стоит только отвернуться…
3) Вопрос журналиста:
- От чего вы больше всего устаёте?
- От безделья.
4) Вопрос журналиста:
- Будете сильно переживать, если вдруг выпадёте из обоймы?
- Да, наверное, чего скрывать. Но я знаю себе цену как артисту – но не газетам, а по зрительному залу. Кроме того, я не сижу, не жду, чтобы меня позвали. Сам хожу. Начинал с массовок, половины уже не помню. Был такой фильм: “ Фронт за линией фронта”: я там бегал в атаку. Всё время бегал. Человек не имеет права сидеть ждать чуда. Кому-то повезёт, а кому-то нет. Я же не говорю, что Смоктуновский плохой артист. Но он прожил полжизни под лестницей в Театре Ленинского комсомола, и дядя Ваня Толкушкин, закройщик наш, его кормил.
Когда Смоктуновский стал Мышкиным, все сказали: Браво! Но это был тот случай, когда произошло чудо. Но могло ведь и не произойти… Я приехал из Ферганы и собирался завоевать Москву. Я этого хотел. По ночам разгрузил вагоны, жил в общежитии – пять лет на Трифоновской, восемь – на Бауманской. Для меня это нормально. Я не жду доброго дядю.

1) Jurnalistin sualı:
- Aleksandr Qavriloviç, belə bir hiss yaranır ki, siz öz görünüşünüzlə deyirsiniz: Mənim həyatımda hər şey qaydasındadır. Bu, yəqin ki, çox çətindir?
- Əlbəttə, asan deyil. Ancaq, mənə, uşaq vaxtlarımdan, çətinliklərimi başqalarının üzərinə yığmamağı öyrədiblər. Mənim problemlərim heç kəsi narahat etməməlidir. Allah göstərməsin ki, kim isə məni bədbəxt, incidilmiş kimi hesab etsin. Mənə yazıqları gələndə nifrət edirəm, bu hiss məni dəliyə cevirir: Ağlı başında, əli-ayağı sağ-salamat adamam, həyatda hər şeyi özüm etməliyəm. Elə bir sənət seçmişəm ki, mənim həyatımda hər şey qaydasında olmalıdır. Tamaşaçı tamaşaya gəlir, mən də komediya oynayıram. Tutaq ki, ailəmdə nə isə bədbəxtlik baş verib, ancaq tamaşaçı bilet alıb və o mənim pis halda olduğumu bilməməlidir. Mən səhnəyə çıxıb elə oynamalıyam ki, hamı qəhqəhə çəkib gülsün. Hamı fikirləşməlidir ki, bu insan necə də xoşbəxtdir,onun heç bir dərdi-səri yoxdur. Qızlar mənə baxıb ah çəkməli, oğlanlar həsəd aparmalıdılar. Əgər hay-küy salıb desəm ki, halım pisdir,bir aydan sonra mənə hamı nifrət edəcək.
2) Jurnalistin sualı:
- Özünüzə arxayın insansınız, yoxsa, tərəddüd etmək hissi sizə daha çox xadır?
- Mənim tərəddüdlə yanaşdığım çox sayda şeylər var, lakin, bu barədə heç kəs heç bir şey bilməməlidir. Mən, ancaq, sevincimi insanlarla bölürəm. Kiminləsə dərdini, problemini bölüşmək hər şeydən asandır: “ Böyük itkidir və s.”. Ancaq, əhvalın yerində olan zaman, bu sevinci başqası ilə bölüşmək – bax, bu başqa məsəlidir. Yaşadığım illər ərzində, mən bunu bir neçə dəfə yoxlamışam. Hələ 33 yaşımda ikən, belə bir sağlıq fikirləşmişdim: “ İlahi, qoy, bütün yaxşı sözləri mənim arxamca söyləsinlər ”. Başa düşürsünüz? Üzümə yox, arxamca. Çünki, adamın üzünə hamı yaxşı danışır. Elə ki, arxanı çevirdin...
3) Jurnalistin sualı:
- Ən çox nədən yorulursunuz?
- Bekarcılıqdan.
4) Jurnalistin sualı:
- Bir gün gündəmdən düşsəniz, çoxmu pərişan olarsınız?
- Yəqin ki, olaram, nə gizlədim.
Ancaq mən artist kimi öz qiymətimi bilirəm. Bunu tamaşa zalından bilirəm, qəzetlərə görə yox. Axı, mən də, boş oturub gözləmirəm ki, məni dəvət etsinlər. Özüm gəzirəm, axtarıram. Kütləvi səhnələrdən başlamışam, sayını artıq unutmuşam. Bir film vardı: “ Cəbhə xəttindən arxada cəbhə ” – orada hücüma keçən səhnədə idim: elə hey qaçırdım, qaçırdım. Ancaq qaçırdım. İnsanın oturub möcüzə gözləməyə ixtiyarı yoxdur. Kiminsə bəxti gətirəcək, kimdəsə taleh üz döndərəcək. Mən demirəm ki, Smoktunovskiy pis artisdir. Ancaq, o, ömrünün yarısını Lenin Komsomolu Teatrında, pilləkənlərin altında yaşadı və bizim tikişçi Vanya Tolkuşkin isə onu yedirirdi. Elə ki, Smotkunovskiy Mışkin rolunu oynadı, hamı “ Afərin!” dedi. Lakin, bu hadisəni möcüzə adlandırmaq daha doğru olardı. Çünki, o bu rolu almayada bilərdi. Mən Fərqanədən gələndə, adi bir adam idim, ancaq, Moskvanı fəth etmək istəyirdim. Gecələr vaqon boşaldırdım, yataqxanada yaşayırdım, 5 il Trifanovskidə, 8 il – Baumanskidə. Bu mənim üçün normal haldır. Mən xeyirxah dayı gözləmirəm.